Ayan MMC mühasib operator axtarır

İşəgötürən: Ayan MMC
Vakansiya: Mühasib operator
Son tarix: 05 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
-Xərc, iş və xidmət alış fakturalarının Logo Tiger Enterprice proqramına daxil edilməsi;
-Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
-Əsas vəsaitlərin və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
-Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək;
-Şirkətin tabeçiliyində olan nəqliyyat vasitələrinin yanacaq kartlarına ödənişlərin online vurulması və hesabatının aparılması;
-Şirkətin tabeçiliyində olan nəqliyyat vasitələrinin sığorta tarixinə nəzarət, ümumilikdə icbari sığorta məslələrinin həlli;
-Baş mühasibin göstərişlərinin yerinə yetirilməsi.
Namizədə dair tələblər:
-Ali və ya orta ixtisas təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə)
-Xanım namizəd
-Mühasib operator, maliyyə-mühasibat sahəsində azı 1 il iş təcrübəsi olmalı
-Logo Tiger Enterprise proqramında sərbəst işləmək bacarığı
-Təhlil aparmaq bacarığı
-İnkişafa meyilli
-Ciddi, məsuliyyətli, dəqiq olmalı
-Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq
-Yaş həddi 25-35 arası
-Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.
Əlavə məlumatlar:
-İş qrafiki: 5 gün, 08:00 – 17:00
-Əmək haqqı: 500 Azn
-Nahar şirkət hesabına
-Korporativ nömrə ilə təmin edilmə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Mühasib operator” qeyd olunmaqla, göndərə bilərlər.
Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Əlaqə nömrələri: +994552090362
Vakansiyalar
-
6 saat, 32 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 6 saat, 41 dəq
- 6 saat, 42 dəq
- 6 saat, 44 dəq
- 6 saat, 50 dəq