Ayan MMC istehsalat üzrə aparıcı mühasib axtarır
İşəgötürən: Ayan MMC
Vakansiya: İstehsalat üzrə Aparıcı mühasib
Son tarix: 13 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-İstehsalat məlumatlarınının sistemə daxil edilməsi
-Sistem üzrə yeni məhsulun yaradılması və onun rotasının verilməsi
-Reseptlərin hazırlanması və düzəlişlərin edilməsi
-Hazır və xammal məhsullarının hərəkətinə nəzarət
-Aylar üzrə və ay sonu lazımlı raportların hazırlanması
-Yaranmış uyğunsuzluqların araşdırılması və aradan qaldırılması
-Anbarlararası yerdəyişmə sənədlərinin sistemə daxil edilməsi
-Anbar sayımında iştirak etmək
-Anbar sayımı sonrası qalıqların analiz edilməsi və sayım fərqlərinin araşdırılması.
-Ay sonunu raportlarının hazırlanması
-Mal-material,İstehsalat bağlı əməliyyatların proqram təminatında icrasına nəzarət, onların mühasibat standartlarına uygun uçotunun həyata keçirilməsini təmin etmək.
-Mal və material sənədlərinin yoxlanışını təmin etmək.
-Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatların hazırlanmasını təmin etmək, mühasibat sənədlərinin saxlanılma qaydalarına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək.
-İstehsal olunmuş məhsulların maya dəyərində,sair xərclərdə baş vermiş dəyişikləri araşdırmaq,nəticələrə təsir edən faktorlarla bağlı yekun maliyyə analizini təqdim etmək
-Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
-Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə)
-Müvafiq sahə üzrə təcrübə: 1 il minimum
-Kişi namizəd
-22 – 30 yaş
-Logo Tiger Enterprise proqramını bilməsi üstünlükdür
-MS Office (Word, Excel) yüksək səviyyədə bilməli
-Dəqiq, məsuliyyətli və diqqətcil
-Analitik təhlil etmə qabiliyyəti, ünsiyyət və təqdim etmə, problemləri həll etmək bacarıqlarına malik olmalı
-Verilmiş tapşırıqları vaxtında icra etməli
-Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı
-Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rus dili – orta, ingilis dili-orta
-Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.
Əlavə məlumatlar:
-İş qrafiki: 5 gün, 08:00 – 17:00 (ayda 1 dəfə şənbə günü sayım)
-Əmək haqqı 700 və üzəri
-Nahar şirkət hesabına
-Korporativ nömrə ilə təmin edilmə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “İstehsalat üzrə Aparıcı mühasib” qeyd olunmaqla, göndərə bilərlər.
Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Əlaqə nömrələri: +99455209036
Vakansiyalar
-
2 ay, 2 həftə, 1 gün, 1 saat, 20 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 4 gün, 2 saat, 15 dəq
- 7 ay, 2 həftə, 4 gün, 4 saat, 8 dəq
- 10 ay, 3 həftə, 1 gün, 22 saat, 53 dəq
-
11 ay, 3 gün, 18 saat, 24 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır