Avtomobil dilerinə sürücü tələb olunur
İşəgötürən – Performance Center Co
Vəzifə – Sürücü
Vəzifə öhdəlikləri:
-Servisə daxil olan müştəriləri salamlamaq.
-Servisə daxil olan müştəriləri servis məsləhətçisinə yönləndirmək
-Qəbul olunan avtomobillərə oturacaq və sükan hissəsinə örtük çəkmək
-Qəbul olunan avtomobili avtomobillərin təmiri bölməsinə aparmaq
-Avtomobillərin təmiri bölməsində təmiri bitmiş avtomobilləri dayanaq üçün nəzərdə tutulmuş yerə aparmaq.
Namizədə qarşı tələblər:
-Sürücülük vəsiqəsi “B” kateqoriyalı (BC üstünlük)
-Sürücü kimi ən azı 3-5 il iş təcrübəsi
-Hərbi xidməti bitirmiş olsun
-Yaş həddi 25-35
-Ünsiyyət qurma bacarığı, gülərüz, səliqəli görünüş.
İş şərtləri:
-İş qrafiki: Həftədə 6 gün, 09:00-dan 18:00-dək
-Əmək haqqı: 450-500₼
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Sürücü” qeyd etməklə elektron ünvanına [email protected] göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Performance Center şirkəti 1997-ci ildə ABŞ istehsalı olan Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi dileri kimi fəaliyyətə başlayıb. 2004-cü ilin sentyabr ayından etibarən “GM AVTOVAZ” şirkəti ilə bağlanmış diler müqaviləsinə əsasən Rusiya istehsalı olan Chevrolet Niva avtomobillərini təqdim edir.
2006-ci ilin fevral ayından etibarən “Performance Center” Şirkəti Koreya istehsalı olan Chevrolet avtomobillərin sifarişinə və satışına başlayıb.
Vakansiyalar
-
3 gün, 10 saat, 19 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
5 gün, 9 saat, 11 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 5 gün, 9 saat, 45 dəq
- 6 gün, 3 saat, 51 dəq
- 6 gün, 23 saat, 5 dəq