“Avrora” şirkəti işçilər axtarır – VAKANSİYALAR

1.Auditor
Son tarix 01 may 2022
Əsas vəzifə öhdəlikləri:
Audit planları və proqramları əsasında daxili audit yoxlamalarının həyata keçirilməsi;
Şirkətin siyasətləri, prosedurları, standartları və digər normativ sənədlərinin qiymətləndirilməsi;
Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərinin tətbiq edilməsinə dair rəyin bildirilməsi;
Korporativ idarəetmənin qiymətləndirilməsi ilə bağlı testlərin aparılması və tapşırıqların yerinə yetirilməsi;
Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması;
Aktivlərin qorunması istiqamətində yoxlamaların həyata keçirilməsi və yoxlama nəticələrinin təqdim edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydaları üzrə biliklər;
Audit standartları üzrə biliklər;
Audit yoxlamaları sonrası hesabatın hazırlanma qaydaları üzrə biliklər;
Vergi Məcəlləsinin tətbiqi üzrə praktiki biliklər;
Analitik düşüncə.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil (Mühasibat uçotu və audit, İqtisadiyyat, Maliyyə ixtisası üzrə Ali təhsil üstünlük hesab olunur);
Mühasibatlıq və ya Audit sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
MS Office (Excel, Word, Outlook) proqramları üzrə praktiki biliklər;
Unity və Logo proqramları üzrə biliklər arzuolunandır.
İş şərtlərimiz:
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:00-dən 17:00-dək;
İş yeri : Avrora Sənaye Parkı, Hökməli qəsəbəsi.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əmək haqqı;
İşçilərə qayğı proqramı;
Peşəkar komanda mühiti;
Nahar;
Şirkət hesabına korporativ nömrə;
Təlim və inkişaf imkanları;
Həyat sığortası (könüllü).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Auditor” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
2.İxrac logistikası üzrə mütəxəssis
Son tarix 01 may 2022
Əsas vəzifə öhdəlikləri:
Sifarişlərin planlamada yerləşdirilməsi;
Mövcud mal-material və xammal stokuna uyğun sifarişlərin redaktə olunması;
Redaktə olunmuş sifarişlərin müştərilərlə razılaşdırılması;
Müxtəlif marşrut və istiqamətlərdə, müxtəlif nəqliyyat növlərinin araşdırılması, optimal variantların xarici logistika şöbə rəhbəri ilə razılaşdırılması;
Malın ixracı üçün FOB, DAP, CFR, CİF şərtləri zamanı nəqliyyatın təşkil olunması, logistika bölməsi ilə kommunikasiya;
Yükləmə prosesinə və yükün standartlara uyğun yüklənməsinə, yükün təhlükəsizliyinin təmin edilməsi və s kimi proseslərə nəzarət edilməsi;
İxrac zamanı tələb olunan sənədlərin dövlət orqanları və ya nəqliyyat şirkətlərindən alınıb, logistika şöbəsinə təqdim olunması: CT-1, Ekspertiza Aktı, Fito-sanitar sertifikatı, Healty Certificate, Free Sale Certificate, CMR, TİR Cornet, D/Y qaiməsi, B/L və s kimi sənədlər;
Müştəri istəyi ilə nümunələrin İxrac olunması (gömrüklənməsi).
Tələb olunan bilik və bacarıqlar:
İxrac logistikası və ixracat üzrə biliklər
Məhsulların xüsusiyyətləri və daşınması qaydası,
Sənədləşməsi,
İxracata hazırlanması,
Logistika kanallarının araşdırılması,
Yüklərin göndərilməsi və izlənməsi,
Ünsiyyət bacarığı;
Risklərin dəyərləndirilməsi bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Təhsil : İqdisadiyyat və idarəetmə üzrə ali təhsil (bakalavr);
İş təcrübəsi : İxrac logistikası üzrə minimum 1 il iş təcrübəsi;
Dil bilikləri : İngilis və Rus dillərini danışıqlar və işgüzar yazışmaları apara biləcək səviyyədə bilməsi,
İş şərtlərimiz:
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 09:00-dən 18:00-dək;
İş yeri : STN Biznes Mərkəzi.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
İşçilərə qayğı proqramı;
Peşəkar komanda mühiti;
Nahar;
Şirkət hesabına korporativ nömrə;
Təlim və inkişaf imkanları;
Həyat sığortası (könüllü);
Yanacaq kartı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İxrac logistikası üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
3.Vergi Hesablamaları üzrə Mühasib
Son tarix 01 may 2022
Əsas vəzifə öhdəlikləri:
Bank çıxarışlarının işlənməsi;
Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
Debitor və kreditor hesablaşmalarına nəzarət olunması;
BTP proqramında (ƏDV, Mənfəət, Əmlak, Torpaq) hesabatların tərtib edilməsi;
Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsinin təşkil edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
Vergi Məcəlləsi üzrə ümumi biliklər;
Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
Onlayn kargüzarlıq və e-qaimə portallarından istifadə etmə bacarığı;
ACCA sertifikatı üstünlük hesab olunur.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Təhsil : Ali (Riyazi və ya İqtisadi ixtisaslar üstünlük hesab olunur);
İş təcrübəsi: Vergi sahəsi üzrə minimum 2 il;
Kompüter bilikləri: Microsoft Office (xüsusilə MS Excel) və 1C proqramlarında işləmək bacarığı.
İş şərtlərimiz:
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 09:00-dən 18:00-dək;
İş yeri : STN Biznes Mərkəzi.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
İşçilərə qayğı proqramı;
Peşəkar komanda mühiti;
Nahar;
Şirkət hesabına korporativ nömrə;
Təlim və inkişaf imkanları;
Sağlamlıq sığortası;
Həyat sığortası (könüllü).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Vergi Hesablamaları üzrə Mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 gün, 30 dəq
-
1 ay, 3 həftə, 6 gün, 20 saat, 1 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 gün, 3 saat, 59 dəq
- 2 ay, 5 gün, 3 saat, 49 dəq
- 2 ay, 5 gün, 3 saat, 52 dəq