AVRORA “Avadanlıqlar üzrə Satınalma Mütəxəssisi” axtarır
AVRORA MMC “Avadanlıqlar üzrə Satınalma Mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri :
– Satınalma tələblərinin qəbulu və təmin olunması;
– Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
-Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
– Şirkətin mal-material və avadanlıqlarla təmin etməsi;
– Tədarükçülərlə işgüzar yazışma və danışıqların aparılması;
-Tədarükçülərlə münasibətlərin idarə olunması;
– Qiymət araşdırılması, tenderlər və kotirovka sorğularının həyata keçirilməsi;
– Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması və müqavilədə kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;
– Struktur daxili müvafiq hesabatların hazırlanması.
Tələb olunan bilik və bacarıqlar :
-Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət; – İnandırma və problem həlletmə bacarığı;
-Nəticəyönümlülük və punktuallılıq;
-Təşəbbüskarlılıq və tələbkarlılıq;
– Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklərə sahib olmalı; – Analitik düşünmə qabiliyyəti;
-Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması; -Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
-Yüksək ünsiyyət qurma bacarığı;
– MS Office proqramlarında yüksək səviyyədə biliklər.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :
-Təhsil: Ali (Təchizat, Biznesin idarə edilməsi, İqtisadiyyat sahəsində bakalavr və ya magistr) -CIPS sertifikatı üstünlükdür;
– Təcrübə: Analoji sahə üzrə minimum 2 illik iş təcrübəsi;
– Dil bilikləri: Rus və İngilis dili.
İş şərtlərimiz :
-İş qrafiki: Tam iş günü (5 gün);
-İş saatları: 09:00-18:00;
-İş yeri: Bakı ş., Aşıq Molla Cümə küç, 46C.
Biz nə təklif edirik :
-Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
-Peşəkar komanda mühiti;
– Nahar;
-Şirkət hesabına korporativ nömrə;
-Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Avadanlıqlar üzrə Satınalma Mütəxəssisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
15 saat, 19 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
2 gün, 14 saat, 11 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 2 gün, 14 saat, 45 dəq
- 3 gün, 8 saat, 51 dəq
- 4 gün, 4 saat, 5 dəq