ATS Food keyfiyyətə nəzarət üzrə şöbə müdiri axtarır
İşəgötürən: ATS Food
Vakansiya: Keyfiyyətə Nəzarət üzrə Şöbə Müdiri
Son tarix: 14 oktyabr 2022
İş məkanı: Sumqayıt
Tələblər:
-Təhsil səviyyəsi Kimya, biologiya və ya qida mühəndisliyi sahəsində ali təhsil
-İş təcrübəsi: Keyfiyyətə nəzarət sahəsində ən az 5 il, rəhbər olaraq ən az 3 il (Qida İstehsalı sahəsində iş təcrübəsinə üstünlük veriləcək)
-Ezamiyyət: 100% ezamiyyət tələbi
-Dil bilikləri: Azərbaycan (əla), İngilis dili (yaxşı), Rus dili (orta)
-Kompüter bilikləri: MS Office programları üzrə biliklər
-Digər: Keyfiyyət idarəetmə sistemləri standartlarının ( İSO 9001 , İSO 22000, İSO17025 ) tələblərini bilməlidir.
-Dövlət Standartları, sahə üzrə texniki-normativ sənəd və metodikalarını bilməlidir
Vəzifədən gözləntilər:
-Şirkətdaxili işlərin təsdiqlənmiş keyfiyyət siyasəti və standartlara uyğun aparılmasını təmin etmək
-Tənzimləyici və qabaqlayıcı tədbirlərin işlənib hazırlayaraq, onların tətbiqinə nəzarət etmək
-Kritik kontrol nöqtələrının, müayinə metodlarının təyin olunmasını, qəbul/rəd dəyərlərinin hazırlanmasını, keyfiyyət idarə etmə sisteminin tələblərinə uyğun prosedur, formaların hazırlanmasını təşkil etmək
-Məhsul və ya proseslər üçün yeni spesifikasiyaların və prosedurların işlənib hazırlanması, təkmilləşdirilməsini təmin etmək
-Təchizatçılardan əldə edilən xammala tələblərin qoyulması və onların uyğunluğuna nəzarəti təşkil etmək
-Audit və digər nəzarət orqanlarının yoxlamalarına hazırlığın təmini və keçirilməsinin təşkili
-Yeni məhsul araşdırmalarında, yeni standartlaşdırmalarda, məhsul incələmələrində iştirak etmək
-Beynəlxalq standartların alınması üçün sənədlərin hazırlanması, təqbiqi və auditi işinin təşkili
-Laboratoriyada analizlərin siyahısının hazırlanması, metodologiyanın seçilməsi və nəticələrə nəzarət sisteminin qurulması
-Laboratoriyanın akkreditasiyadan keçirilməsi prosesinin təşkili
-Hesabatların doğru şəkildə hazırlanaraq zamanında göndərilməsini təmin etmək.
Vəzifə üzrə səriştələr:
-Məsuliyyətlilik və sahiblənmə
-Keyfiyyətlilik və effektivlik
-Müştəri xidməti yönümlülük
-Strateji yanaşma
-Dəyişikliyin idarə edilməsi
-Münaqişənin idarəedilməsi
-Risklərin idarəedilməsi
-Vaxtın idarə edilməsi
Əmək haqqı: Razılaşmaya uyğun olaraq
Maraqlananların [email protected] emaildə “Keyfiyyətə Nəzarət Şöbə Müdiri” yazaraq CV-lərini göndərməyi xahiş olunur.
Vakansiyalar
-
2 ay, 2 həftə, 12 saat, 10 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 3 gün, 13 saat, 5 dəq
- 7 ay, 2 həftə, 3 gün, 14 saat, 58 dəq
- 10 ay, 3 həftə, 1 gün, 9 saat, 43 dəq
-
11 ay, 3 gün, 5 saat, 14 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır