Ateshgah Sigorta müqavilələrin aparılması şöbəsinin mütəxəssisi axtarır

İşəgötürən: Ateshgah Sigorta
Vakansiya: Müqavilələrin aparılması şöbəsinin mütəxəssisi
Son tarix: 27 avqust 2022
Namizədə tələblər:
-Yaş: 22-30
-Xanım namizədlər
-Təhsil: Ali (riyazi-texniki istiqamətli )
-İş təcrübəsi: ən azı 1 il sığorta,maliyyə (həmçinin bank sahəsində) təcrübəsi olanlara üstünlük verilir.
-Dil bilikləri: Azərbaycan dili (əla),Rus dili (əla-mütləq ),İngilis dili (arzuolunadır)
Əsas vəzifə öhdəlikləri:
-Müəyyən edilmiş qaydada sığorta müqavilələri ilə bağlı ərizə və digər sənədləri qəbul etmək
-Yeni sığorta müqavilələrini, əlavə razılaşmaları zəruri hallarda şirkətin İT sisteminə daxil etmək ;
-Şöbədə yeni işçilər üçün yaradılmış adaptasiya proqramı əsasında yeni işçilərin öyrədilməsini həyata keçirmək;
-Daxil olmuş sənədlər əsasında sığorta müqavilələri hazırlamaq (fərdi və kollektiv müştərilər üçün);
-İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək;
-Zəruri hallarda fərdi sığorta müqavilələri ilə bağlı, müştərilərə müəyyən məktublar hazırlamaq;
Şəxsi keyfiyyətlər:
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
İş şərtləri:
-Əmək müqaviləsi bağlanılır
-İş vaxtı 09:00 – 17:30
-İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
-Sabit əmək haqqı 499 AZN – 556 AZN
Məlumatlandırıcı qeydlər:
-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
-CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
-Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
-İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
-Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
-CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “ Müqavilələrin aparılması şöbəsinin mütəxəssisi ”qeyd etmələri xahiş olunur.
Vakansiyalar
- 1 ay, 1 həftə, 4 gün, 15 saat, 1 dəq
-
1 ay, 3 həftə, 2 gün, 10 saat, 32 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 6 gün, 18 saat, 30 dəq
- 2 ay, 1 gün, 18 saat, 20 dəq
- 2 ay, 1 gün, 18 saat, 23 dəq