Ateshgah Sigorta korporativ satış şöbəsinin mütəxəssisi axtarır
İşəgötürən: Ateshgah Sigorta
Vakansiya: Korporativ satış şöbəsinin mütəxəssisi
Son tarix: 17 iyun 2022
Namizədə tələblər:
-Yaş: 23-35
-Təhsil: Ali
-İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
-Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (əla) mütləqdir ,İngilis dili (arzuolunandır)
Şəxsi keyfiyyətlər:
-Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
-Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
-Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri:
-Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
-Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
-Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
-Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
-Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
-İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
İş şərtləri:
-Əmək müqaviləsi bağlanılır
-İş vaxtı 09:00 – 17:30
-İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
-Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
-Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
-Əmək haqqı 550 azn – 1130 azn (əmək haqqı gross ilə qeyd olunub, namizədin bilik və bacarığı əsasən müsahibə əsnasında dəyişəcəkdir)
-Bonus və rüblük motivasiya
Məlumatlandırıcı qeydlər:
-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
-CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
-Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
-İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
-Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
-CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.
Vakansiyalar
-
2 ay, 2 həftə, 4 gün, 10 saat, 27 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 3 həftə, 11 saat, 22 dəq
- 7 ay, 3 həftə, 13 saat, 15 dəq
- 10 ay, 3 həftə, 5 gün, 8 saat
-
11 ay, 1 həftə, 3 saat, 31 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır