ATEF Şirkətlər Qrupu işə qəbul üzrə mütəxəssis axtarır

İşəgötürən: ATEF Şirkətlər Qrupu
Vakansiya: İşə Qəbul üzrə Mütəxəssis
Son tarix: 09 oktyabr 2022
İş yeri: Bakı şəhəri
Əmək haqqı: 800-1000 AZN
İş şəraiti:
-Tam sosial təminat (məzuniyyət və s.)
-5 günlük iş həftəsi
-Nahar fasiləsi: 12:00-13:00
-Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat:
-Şirkətin işəqəbul proseduruna uyğun olaraq işin aparılması;
-Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
-Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
-Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi;
-Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
-İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
-İşəqəbulda dəyərləndirmə formalarının müəyyən olunması;
-Kadr bazasının hazırlanması və yenilənməsi;
-Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət etmək;
-İş yerinə göndərişlərin təşkili və nəzarət edilməsi;
-Sınaq müddəti təyin edilməsi və izlənməsi;
-Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
-İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.
Tələblər:
-Ali təhsilli,
-Əmək qanunvericiliyi ilə bağlı bilik və iş təcrübəsi;
-Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;
-Müvafiq sahədə 1- 3 il iş təcrübəsi;
-Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
-İşə qəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
-Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
-CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
-MS Office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
-Bəy namizədlərə üstünlük veriləcəkdir.
Namizədin şəxsi keyfiyyətləri:
-Fikrini izah etmək qabiliyyəti;
-Ezamiyyə imkanları;
-Ünsiyyət yaratmaq bacarığı;
-İşə planlı yanaşması;
-Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İşə Qəbul üzrə Mütəxəssis” Mövzu bölməsində göstərin.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 gün, 3 saat, 46 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 6 saat, 45 dəq
-
2 gün, 6 saat, 46 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 6 saat, 49 dəq
- 2 gün, 6 saat, 51 dəq