Araz Supermarket məhsulların qəbulu, saxlanılması və utilizasiyası nəzarət mütəxəssisi axtarır
İşəgötürən: Araz Supermarket
Vakansiya: Məhsulların Qəbulu, Saxlanılması və Utilizasiyası Nəzarət Mütəxəssisi
Son tarix: 27 oktyabr 2022
Tələblər:
-Ali təhsil (Standartlaşdırma, Qida təhlükəsizliyi, Qida məhsullarının ekspertizası, Qida məhsullarının texnologiyası);
-İş təcrübəsi: Qida zəncirinə daxil olan məhsulların keyfiyyətinə və qida təhlükəsizliyinə nəzarət sahəsində ən azı 2 il təcrübə;
-MS Office proqramları;
-Dil bilikləri:Azərbaycan dili əla (ingilis dili üstünlükdür);
-Texniki/Funksional bacarıqlar: İSO 9001, İSO 22000 və digər tələb olunan Beynəlxalq standartlar üzrə nəzəri biliklərə və sertifikatlara sahib olmalı. Müvafiq Beynəlxalq Standartlar üzrə daxili auditor sertifikatına sahib olmaq;
-Ünsiyyətcil, operativ,təşəbbüskar,komanda ruhlu və işin düzgün planlanması.
Vəzifə öhdəlikləri:
-Anbarlara qəbul edilən qida və qeyri qida məhsullarının giriş nəzarətini həyata keçirmək; nümunələr götürmək, keyfiyyətinin orqanoleptik yoxlamasını həyata keçirmək,laborator analizin aparılması üçün ( plana uyğun) nümunələri akreditə olunmuş laboratoriyaya təqdim etmək;
-Keyfiyyət və təhlükəsizlik planına uyğun anbarın yoxlanılmasını həyata keçirmək, müvafiq qeydləri aparmaq;
-Qəbul edilən məhsulların və onların markalamasının müşayətedici keyfiyyət sənədlərinə uyğunluğunu yoxlamaq;
-Məhsulların düzgün anbarlanmasına və müvafiq (məhsula dair standartın və istehsalçının tələblərinə uyğun) şəraitdə saxlanılmasına nəzarət etmək;
-Yararsız məhsul aşkar edildikdə aklaşdırmaq, bloka qoyulmasını təmin etmək və birbaşa rəhbərinə, aidiyyatı əməkdaşlara dərhal məlumat vermək;
-Aparılan dezinfeksiya, dezinseksiya və deratizasiya işinə nəzarət etmək;
-İadə prosesinə periodik olaraq nəzarət etmək.
Təminatlar:
-Nahar ilə təmin edilmə;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Məhsulların Qəbulu, Saxlanılması və Utilizasiyası Nəzarət Mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
2 ay, 2 həftə, 1 gün, 1 saat, 30 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 4 gün, 2 saat, 25 dəq
- 7 ay, 2 həftə, 4 gün, 4 saat, 18 dəq
- 10 ay, 3 həftə, 1 gün, 23 saat, 3 dəq
-
11 ay, 3 gün, 18 saat, 34 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır