Aqrar şirkətə mühasib tələb olunur

Mühasib

muhasib 1


İşəgötürən: AZAQROTAXIL MMC

Vakansiya: Mühasib (Ağcabədi)

Son tarix: 25 aprel 2022

İşçiyə qoyulan tələblər:

-Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;

-1C və Logo Tiger mühasibat proqram biliyi mütləqdir;

-Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer; 

-Online prosedurları həyata keçirmə bacarığı;

-Dil bilikləri: Azərbaycan dili – doğma, İngilis dili – yaxşı, Rus dili  –  yaxşı;

-İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

-Ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

-Əməliyyatların  proqrama işlənməsi

-Vergi hesab fakturaların yazılması

-Bank və kassa əməliyyatları

-Daxili mühasibatlıq işlərini görə bilən (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s)

-Gündəlik əməliyyatların (invoysların, elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturaların, ödəniş tapşırıqlarının hazırlanması) həyata keçirilməsi

-e-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı 

-Maliyyə müdiri tərəfindən verildiyi tapşırılıqların yerinə yetirilməsi

İş şərtləri:

-Ərazi – Ağcabədi rayonu;

-AR ƏM əsasən rəsmiləşdirmə;

-İcbari  sığorta;

-İş vaxtı: 09.00 – 18.00;

-İstirahət günləri: şənbə, bazar günləri;

-Koorporativ nömrə.

Maraqlananlar öz CV formalarını [email protected] electron ünvanına göndərə bilər (məktubun mövzu bölməsində Mühasib qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]