Aqrar İnnovasiya və Təchizat şirkəti “Çağrı mərkəzinin operatoru” tələb olunur

İş elanını dərc edən : Aqrar İnnovasiya və Təchizat şirkəti
Vakansiya: Call center operator
Namizəddən tələblər:
-Çağrı mərkəzi, müştəri xidmətləri və ya satış sahəsində iş təcrübəsi mütləqdir;
-Müştərilərlə əlaqələrin idarə edilməsi və satış sahəsində sertifikat üstünlükdür;
-Azərbaycan və rus dillərində səlis danışığa malik olmalıdır;
-Növbəli iş rejiminə hazır olmalıdır (gecə növbəsi yoxdur);
Vəzifə funksiyaları:
-Müştəri müraciətlərini cavablandırır, lazımi məlumatları təqdim edir;
-Müştərilərin müraciətlərini lazımi təqdirdə müvafiq struktur bölməyə yönləndirir;
-Satış ilə bağlı müraciətləri prosesdurlara uyğun emal edərək, satış şəbəkəsinə ötürür;
-Sorğuların keçirilməsində iştirak edir;
-Müştəri Xidmətlərinə daxil olan zəngləri, sosial media, mesengerlər və s. kanallar vasitəsilə daxil olan
müraciətləri CRM üzrə müvafiq prosedura, o cümlədən danışıq skriptlərinə uyğun şəkildə cavablandırır;
-Müştərilərə məhsul və xidmətlər, eyni zamanda mövcud kampaniyalar haqqında düzgün və dolgun
məlumat verir, məhsul və xidmətlərlə bağlı mütəxəssis dəstəyinə ehtiyac olduqda müştəriləri müvafiq
qaydada yönləndirir;
-Daxili CRM sistemində yaradılmış müraciət və əməliyyatlar üzrə qeyd edilən məlumatlar dəqiq və düzgün
olmalıdır, vaxtlı-vaxtında və düzgün şəxslərə yönləndirilməlidir;
-İcra etdiyi faliyyətlərin, fəaliyyət üzrə vacib məqamların və mərhələlərin, eləcə də nəticələrin vaxtlı-vaxtında
şirkətdaxili tapşırıqların idarə edilməsi sistemində əks olunmasını, rəsmi anlaşmalara müvafiq şəkildə
vaxtların qeyd olunmasını və birbaşa rəhbəri tərəfindən izlənə bilməsini təmin edir.
İş şərtlərimiz:
-5 günlük iş qrafiki, 08:30 – 17:30;
– Əmək haqqı: 500-600 AZN;
– İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Call center”
yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 2 gün, 17 saat, 51 dəq
- 2 gün, 17 saat, 53 dəq
- 2 gün, 17 saat, 55 dəq
- 2 gün, 17 saat, 57 dəq
- 2 gün, 17 saat, 59 dəq