Aparıcı şirkətə mühasibatlıq, vergi və xarici hesabatlıq üzrə mütəxəssis axtarılır

Mühasib


İşəgötürən: PAŞA Kapital

Vakansiya: Mühasibatlıq, vergi və xarici hesabatlıq üzrə Mütəxəssis

Vəzifə öhdəlikləri:

-Şirkətin gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılmasının koordinasiyası (Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq);

-Mərkəzi Bank və müvafiq nəzarət orqanları ilə bütün qarşılıqlı əlaqələrin idarə olunması;

-Mərkəzi Bank tərəfindən müəyyən edilmiş əmsalların hesablanmasına nəzarət edilməsi;

-Maliyyə Uçotu Siyasətinin MUBS və MUMS əsasında işlənib hazırlanması və tətbiq edilməsi;

-Şirkətin Vergi Siyasətinin işlənib-hazırlanması, tətbiqi və vergi hesabatlığının təşkil edilməsi;

-Müvafiq hesabatların nəzarət orqanlarına (maliyyə və vergi) dəqiq və vaxtında təqdim olunması;

-Gündəlik cut-off-lara və EOM prosesinə nəzarət edilməsi;

-Gündəlik əsasda daxili müştərilərin sual və sorğularının cəvablandırılması;

-Vergi hesablanmasının, o cümlədən ödənilən və qaytarılan vergi məbləğinin düzgünlüyünü təmin etmək məqsədilə bütün ödənişlərin nəzərdən keçirilməsi;

-Mühasibat və vergi məsələləri üzrə metodoloji dəstək, müvafiq biznes vahidlərinə məsləhətlərin verilməsi;

-Qiymətli Kağızların uçotunu təmin etmək;

-Audit sorğusunun vaxtında icrasını təmin etmək;

-Şirkətin layihələrində Maliyyə Departamentinin təmsil edilməsi;

-Əmək haqqının hesablanması;

-Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Namizədlərə əsas tələblər:

-Maliyyə, iqtisadiyyat üzrə ali təhsil;

-Sahə üzrə 2 – 4 il iş təcrübəsi (investisiya xidmətləri sahəsi üzrə təcrübə üstünlük hesab edilir);

-Milli Mühasibat Uçotu Standartları, ACCA / Dip İFRS / CIMA sertifikatları;

-AR Vergi Məcəlləsi bilikləri;

-Azərbaycan, rus və ingilis dillərində iş aparmaq qabiliyyəti;

-SAP proqram bilikləri;

-Analitik bacarıqlar;

-Güclü Excel bilikləri;

-Bazar üzrə biliklər;

-Məsuliyyətlilik və operativlik.

Maraqlanan şəxslər elektron məktub başlığında “Mühasibatlıq, vergi və xarici hesabatlıq üzrə Mütəxəssis” qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

CV-lərin göndərilməsi üçün son tarix: 30.04.2022-ci il.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]