Anbardar tələb olunur
“MURAD AQRO” MMC şirkəti Anbardar vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
Cinsi: Kişi
– MS Office proqramları (Excell, Word, Outlook) üzrə istifadə biliyi;
– Təcrübə:
Təcrübəsi olanlara üstünlük veriləcək
– Məsuliyyətli;
– Ünsiyyətcil;
– Dəqiqlik.
Əmək funksiyası:
Kəsim sahəsinin anbardarı qarşısına qoyulmuş plan və tapşırıqları vaxtında yerinə yetirməli, anbarların fasiləsiz işlə təmin edilməsini, əmək məhsuldarlığından səmərəli istifadə edilməsini həyata keçirməlidir.
– Rəhbərlik tərəfindən verilən planları vaxtında və keyfiyyətli həyata keçirməli.
– Gündəlik kəsilən quşların saxlanması və satışa göndərilməsinin yerinə yetirilməsi barədə hesabatların doğruluğunu yoxlamalı və direktor müavininə məlumat verməli.
– Anbar işinin təşkil edilməsində, əmək və idarəetmə də, itkilərin azaldılmasında iştirak etməlidir.
– ISO 22000, “HALAL” standartlarının anbara dair göstərişlərinə və tələblərinə əməl etməli və tabeçiliyində olan işçilərin də ona əməl etməsini tələb etməli.
– Kritik kontrol nöqtələrini daim nəzarətdə saxlamalı və icraçılardan kritik kontrol nöqtələrini yoxlamağı tələb etməli.
Kritik kontrol nöqtələri aşağıdakılardır:
– Anbar qalığlarının düzgün idarə edilməsi
– Hazır məhsul üçün gələn avtomaşınların yuyulması və dezinfeksiyası (müvafiq təmizlik təlimatına riayət edilməli)
– Anbarların temperaturu
– Təzə məhsulların temperaturunun standarta uyğun olması
– Dondurulmuş məhsulların daxili temperaturunun standarta uyğun olması
– Anbarların və işçilərinin avadanlıq və materiallara olan tələbatını direktor müavininə verməli və sifarişləri müzakirə etməli və təchizatına nəzarət etməli.
– Anbar işinin avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsinə dair təkliflər hazırlayıb rəhbərliyə təqdim etməli.
– Qarşıya qoyulmuş planın yerinə yetirilməsi, anbar işinin keyfiyyətinin yaxşılaşdırılması üçün mütəmadi olaraq işçilərlə iclas keçirməlidir.
– Anbar üzrə binanın, avadanlıqların qəbulunda, quraşdırılmasında və ya əsaslı təmirdən sonra istifadəyə verilməsində iştirak etməli.
– Hazır məhsulların saxlanması və satışa göndərilməsinə, onların sənədlərinin düzgün tərtib edilməsini, xammal və materialların səmərəli istifadə edilməsini həyata keçirməlidir.
– Anbar işçilərinin işlərinə nəzarət etməli və müvafiq hesabatları onlardan tələb etməli.
Biz sizə təklif edirik:
– Əmək məcəlləsinə uyğun sənədləşmə
– İş qrafiki: Tam iş günü; Nahar 13:00-14:00.
– 6 günlük iş rejimi.
– Nahar və servis şirkət tərəfindən təmin olunur.
– İş Sumqayit şəhərində yerləşir.
Əmək haqqı: namizədin təcrübəsinə uyğun müəyyənləşdirilir.
Maraqlanan şəxslərdən CV-lərini e-mail adresinə [email protected] “Anbardar” başlığı ilə göndərmələri xahiş olunur.
Vakansiyalar
- 1 gün, 19 saat, 56 dəq
- 1 gün, 19 saat, 59 dəq
- 1 gün, 20 saat, 35 dəq
- 1 gün, 20 saat, 38 dəq
- 3 ay, 2 həftə, 4 gün, 11 saat, 13 dəq