Amal Group mebel dizayneri axtarır

Dizayner


İşəgötürən: Amal Group

Vakansiya: Mebel dizayneri

Son tarix: 16 iyul 2022

Namizədə dair tələblər:

-Təhsil: Ali təhsil,

-Kompüter bilikləri: MS Office proqramları, Autocad, 3DMAX və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,

-Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur, 

-İş təcrübəsi: Mebel istehsalı sahəsində 1 ildən az olmayaraq iş stajı. 

-Analitik düşüncə qabiliyyəti, 

-Punktual və ünsiyyətcil olması.

Vəzifə öhdəlikləri:

-Mebel istehsalı üçün eskiz layihələrin Autocad proqramında hazırlanması;

-Ölçülərin düzgün qeyd edilməsi və mebel ustasına eskiz layihənin təqdim edilməsi.

-Müştəri tərəfindən seçilən model və nümunələrə əsasən eskiz layihələrin 3d görüntüsünün tərtib edilməsi,

-Müştəri ilə bağlanan müqavilənin ilk günündən işin təhvil verilməsi prosesinə qədər icraya nəzarətin edilməsi.

Bilik və bacarıqlar: 

-Müasir və klasik üslub istiqamətlərini bilməsi,

-Mebel istehsalının texniki tələblərini və normativlərini bilməsi,

-Konstruksiya ilə işləmə qabiliyyəti,

-Optimal dizayn qərarlarını vermə qabiliyyəti.

-Müştəri ilə işləmə qabiliyyəti 

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus 

Əmək haqqı: 1000-1500 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Mebel dizayneri” adını qeyd edərək göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. 

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]