“AGRARCO” mal-material anbardarı axtarır

“AGRARCO” MMC şirkəti “Mal-material Anbardarı” vəzifəsini tutmaq üçün təcrübəli namizədləri dəvət edir.
İş yeri: Şimal-Qərb regionu, Zaqatala rayonu
Vəzifə öhdəlikləri:
Müxtəlif material qiymətlilərinin – yanacaq, xammal, hazır məhsul, detallar, alətlər, əşyalar və s. anbara qəbulu, saxlanılması və anbardan verilməsini həyata keçirmək;
Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlayaraq 1C sisteminə işlənməsini təmin etmək;
Anbarda saxlanılan material qiymətlilərinin uçotunu və onların hərəkəti üzrə hesabat sənədləşdirməsini aparmaq;
Material qiymətlilərinin növləri, keyfiyyəti, təyinatı və digər əlamətləri üzrə bölüşdürülməklə, əl və ya alətlər, xüsusi mexanizmlər vasitəsi ilə anbarda saxlanılma yerlərində yerləşdirilməsini təmin etmək;
Korlanmasının və itkisinin qarşısının alınması məqsədi ilə material və məhsulların saxlanılmasını təşkil etmək;
Anbardan sahəhələrə və məsul şəxslərə verilən əsas vəsaitlərin, azqiymətlilərin və s. materialların uçotunu aparmaq;
Vaxtaşırı sahədə və məsul şəxslərdə olan material qiymətlilərinin vəziyyəti barədə məlumatlar və hesabat sənədləşdirməsini aparmaq;
Anbar daxilində yüklərin yüklənməsi və boşaldılması üzrə işlərə rəhbərlik etmək;
Nasaz alətlər, cihazlar və s. üçün qüsur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların çatışmazlığı və korlanması barədə aktları tərtib etmək;
Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
Ali təhsil;
Təcrübə – Ən azı 3 -5 il iş təcrübəsi (Müvafiq sahədə 2 il);
Dil bilikləri – Azərbaycan dili (sərbəst), rus və ingilis dilləri (orta);
MS Office bilikləri (Word, Excel, Outlook);
1C proqramı;
Kollektivlə işləmə qabiliyyəti.
Maraqlanan namizədlər elektron məktubun “Mövzu” hissəsində “Mal-material Anbardarı” vəzifəsini qeyd etməklə CV-ləri [email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 1 həftə, 4 gün, 14 saat, 35 dəq
-
1 ay, 3 həftə, 2 gün, 10 saat, 6 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 6 gün, 18 saat, 4 dəq
- 2 ay, 1 gün, 17 saat, 54 dəq
- 2 ay, 1 gün, 17 saat, 57 dəq