AFB Bank “İnformasiya təhlükəsizliyi üzrə Baş mütəxəssis” axtarır

Mütəxəssis

afbbank


AFB Bank İnformasiya təhlükəsizliyi üzrə Baş mütəxəssis axtarışındadır.

-İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

-Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

-Ali təhsil;

-Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;

-Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;

-SİEM , WAF, Vulnerability scanner bilikləri;

-Dəyişiklik və buraxılışların idarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə təcrübə;

-Aşağıdakı texnologiyalardan ən azı biri ilə bağlı minimum 6 ay təcrübə tələb olunur: Cisco ASA, Juniper (SRX, ScreenOS, SSL-VPN, IDP), Check Point, Sourcefire, Fortinet, Palo Alto Networks;

-SİEM (Təhlükəsizlik Məlumatları və Tədbirlərin Təşkili) üzrə təcrübə;

-Ümumi kibertəhlükəsizlik analitikası, kibertəhdidlərin araşdırılması, koordinasiya və işlərin idarə olunması və digər informasiya təhlükəsizliyi platformaları üzrə təcrübə;

-ISO/IEC 2700X beynəlxalq standartları barədə məlumatlı olmalı;

-İnformasiya təhlükəsizliyi ilə bağlı prosedur qaydaları barədə məlumatlı olmalı;

-Sahə üzrə sertifikatların olması üstünlükdür (CCNA Security, Comptia Security+, CySA+ və s.).

İŞİN TƏSVİRİ:

-Bankın informasiya sistemlərinin və korporativ şəbəkəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istifadəçilərin həmin sistemlərə və şəbəkəyə buraxılış dərəcəsinin müəyyən edilməsi, müvafiq profaylların və şablonların yaradılması;

-Bankda mövcud olan sistemlərdə işləyən və yüksək hüquqlara malik olan əməkdaşların fəaliyyətinə nəzarət edilməsi;

-Bankda mövcud olan informasiya sistemlərinin və korporativ şəbəkənin əsas komponentlərinin fiziki və məlumat təhlükəsizliyi tədbirlərinin hazırlanıb tətbiq edilməsi;

-Bankda mövcud olan bütün informasiya sistemlərinin və korporativ şəbəkənin fiziki və məlumat təhlükəsizliyinin səviyyəsinin mütəmadi olaraq təhlil edilməsi, aşkar olunan problemlərin aradan qaldırılmasının təmin edilməsi;

-Bank sirri xarakterini daşıyan məlumatların təhlükəsizliyini təmin edilməsi məqsədi ilə məlumat təhlükəsizliyi sistemlərinin imkanlarından istifadə edərək, Bankda aparılan məlumat mübadiləsinə nəzarətin təmin edilməsi, həmin sistemlər tərəfindən yaradılan elektron jurnallara nəzarət edilməsi;

-Bank sirri xarakterini daşıyan məlumatların konfidensial saxlanılması məqsədi ilə mövcud profaylların və parolların qorunması, eləcə də kənar şəxslərin onlardan istifadə etməsinin qarşısının alınması istiqamətində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi;

-Bankın informasiya sistemlərində və korporativ şəbəkəsində baş verən hadisələrin elektron jurnallarının arxivləşməsinə və saxlanılmasına nəzarət edilməsi;

-Təcili pul köçürmə sistemləri, SWİFT, mövcud olan və perspektivli milli və beynəlxalq informasiya sistemləri üçün müvafiq elektron açarların, parolların, sertifikatların və s. təhlükəsizliyinin təmin edilməsi və yenilənməsinə nəzarət edilməsi;

-Bankda tətbiq olunan yeni proqram və aparat təminatının təhlükəsizlik standartlarına uyğun işləməsinə nəzarət edilməsi;

-Bankın əməkdaşları tərəfindən məlumat təhlükəsizliyinin pozulmaması üçün maarifləndirici və qabaqlayıcı tədbirlərin görülməsi, müntəzəm təlimlərin keçirilməsi;

-Bankın fəaliyyətinə maneçilik törətməmək şərti ilə, məlumat təhlükəsizliyi üzrə siyasətə riayət olunması vəziyyətinin monitorinq edilməsi;

-Məxfi məlumatlar qrifi altında olan sənədlərin uçotunun aparılması, onların saxlanılmasına və hərəkətinə nəzarəti edilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnformasiya təhlükəsizliyi üzrə Baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik. Həmçinin linkə daxil olub birbaşa müraciət edə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]