Marketinq bölməsinə copywriter tələb olunur
İşəgötürən: Ferrum Capital
Vakansiya: Marketinq bölməsində Copywriter
Son tarix: 07 may 2022
Hansı özəlliklərə malik olmalıdır?
-Ali təhsil;
-21-29 yaş aralığında gənclər;
-Komanda ilə işləmə bacarığı;
-Yaradıcı düşüncə;
-Maraqlı portfolioya sahib olmaq;
-Azərbaycan dilində mükəmməl yazma qabiliyyəti (əlavə xarici dil üstünlükdür);
-Müvafiq sahədə 1-2 il iş təcrübəsi (Reklam agentliyində təcrübəsi olanlara üstünlük veriləcək)
Copywriter nə iş görür?
-Şirkətin məhsul və xidmətləri ilə bağlı yaradıcı kampaniya təkliflərini təqdim etmək;
-Sosial Media üçün kontent yaratmaq, kreativ post ideyaları hazırlamaq, mətnlərin yazılması və redaktə edilməsi;
-Kampaniyalar üçün sloqanlar düşünmək;
-Müştərilərin diqqətini cəlb edəcək mətnlər hazırlamaq və yaradılan kontentlərin nəticələrini analiz etmək;
-Video kontentlər üçün ssenarilər hazırlamaq;
-Ehtiyac olduğu halda bütün növ reklam, PR mətn və ideyalarının hazırlanması.
Əlavə məlumat:
-5 günlük iş qrafiki: 09:30 – 18:30
-Əmək haqqı: 500-800 AZN
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Copywriter” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 1 ay, 1 həftə, 3 gün, 9 saat, 13 dəq
- 1 ay, 1 həftə, 3 gün, 13 saat, 15 dəq
-
1 ay, 1 həftə, 3 gün, 13 saat, 16 dəq
In diretta casino: funzionamento, sicurezza e possibilità di guadagno sul web
-
1 ay, 1 həftə, 3 gün, 13 saat, 16 dəq
Gambling On-line: Key Principles of Secure plus Prepared Play
-
1 ay, 1 həftə, 3 gün, 13 saat, 16 dəq
Gambling Digital: Practical Overview about Digital Gaming Sites