Kassir tələb olunur – (Naxçıvan filialı)
İşəgötürən – Bank Respublika ASC
Ümumi vəzifə öhdəlikləri:
Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.
Namizədə qarşı tələblər:
Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
Yüksək ünsiyyət bacarığı;
Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Kassir (Naxçıvan) qeyd etməklə 13 sentyabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 1 həftə, 3 gün, 14 saat, 2 dəq
- 1 ay, 1 həftə, 3 gün, 18 saat, 4 dəq
-
1 ay, 1 həftə, 3 gün, 18 saat, 5 dəq
In diretta casino: funzionamento, sicurezza e possibilità di guadagno sul web
-
1 ay, 1 həftə, 3 gün, 18 saat, 5 dəq
Gambling On-line: Key Principles of Secure plus Prepared Play
-
1 ay, 1 həftə, 3 gün, 18 saat, 5 dəq
Gambling Digital: Practical Overview about Digital Gaming Sites