Avto servisə qəbuledici tələb olunur
İşəgötürən – Performance Center Co
Vəzifə – Qəbuledici
Vəzifə öhdəlikləri:
-Servisə daxil olan avtomobillərin qəbulu və müştərinin müraciətinə uyğun olaraq müvafiq təmir bölməsinə yönləndirilməsi;
-Servisə qəbul olunmuş avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;
-Avtomobilin təmirinin icrasına nəzarət;
-Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi.
Tələblər:
-Ali təhsil ( ali texniki təhsil);
-Yaş: 23-35;
-Müvafiq sahədə 3 illik iş təcrübəsi;
-Dil bilikləri: Azərbaycan dilini səlis (rus və ingilis dillərini bilənə üstünlük veriləcəkdir);
-Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
-Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
-Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq.
İş şərtləri:
-İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
-Əmək haqqı: Xidmət göstərilmiş avtomobillərə görə bonuslarla birlikdə 800-1500 AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Qəbuledici” qeyd etməklə elektron ünvanına [email protected] göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 ay, 3 həftə, 10 saat, 31 dəq
- 3 ay, 3 həftə, 12 saat, 24 dəq
- 6 ay, 3 həftə, 5 gün, 7 saat, 9 dəq
-
7 ay, 1 həftə, 2 saat, 40 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 1 həftə, 4 gün, 10 saat, 38 dəq