MKT İstehsalat Kommersiya MMC kibertəhlükəsizlik üzrə təcrübəçi axtarır
İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Kibertəhlükəsizlik üzrə təcrübəçi
Son tarix: 04 noyabr 2022
Vəzifə öhdəlikləri:
-Müxtəlif təhlükəsizlik sistemlərində baş vermiş hadisələrin dəyərləndirilməsi, sübut və məlumatların toplanaraq uyğun şəxslərə yönləndirilməsi;
-Təhlükəsizlik insidentlərinin qeydiyyatı və sənədləşdirilməsi;
-Təhlükəsizlik sistemlərində istifadə olunacaq skriptlərin yazılması;
-Təhlükəsizlik sistemlərində tapşırıqlara uyğun olaraq sazlama işlərinin aparılması;
-Mentorun verdiyi şifahi və yazılı göstərişlərin yerinə yetirilməsi;
-Təcrübə zamanı məsul iş sahələri ilə bağlı müvafiq hesabatların hazırlanması.
Tələblər:
-İnformasiya Təhlükəsizliyi, Kompüter elmləri, İnformasiya sistemləri və s. kimi ixtisaslar üzrə ali təhsilin olması;
-Analitik təhlil qabiliyyətinə malik olmalı;
-Yüksək ünsiyyət, komandada işləmək, problemləri həll etmə və qərar vermə bacarıqlarına sahib olmalı;
-Gənc və dinamik olmalı.
Əlavə məlumat:
-Təcrübə proqramı 3-6 ay nəzərdə tutulmuşdur;
-AR əmək qanunvericiliyinə əsasən müqavilə;
-Minimum əmək haqqı ilə ödəniş;
-İş qrafiki: Beş günlük iş həftəsi;
-İş yeri: Baki şəhəri, Qafqaz Business Center.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
10 saat, 51 dəq
Winnita in Italia: Caratteristiche, Giochi e Pronostici Sportivi
- 16 saat, 14 dəq
- 22 saat, 6 dəq
- 22 saat, 8 dəq
-
1 gün, 1 saat, 27 dəq
Как механизмы формируют восприятие сегодняшнего пользователя