Veysəloğlu Şirkətlər Qrupu ERP admin axtarır

Digər


İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu

Vakansiya: ERP Admin

Son tarix: 05 oktyabr 2022

Tələblər:

-Ali təhsil.

-2-3 il iş təcrübəsi.

-İT üzrə Beynəlxalq standartları bilmək.

-Azərbaycan, ingilis , rus dillərini bilmək.

-MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı

-ITILv3., ISO27001:2013, COBIT 5 biliklərinin və tətbiq etmə qabiliyyəti

Öhdəlikləri:

-Şöbənin işçilərinə metodoloji köməklik göstərir, Bölmə müdiri olmadıqda onu əvəz edir.

-Cəlb olunduğu layihələrdə bölmənin cavabdehlik daşıdığı məsələləri koordinasiya edir. 

-Şirkətdə biznes proseslərin avtomatdırılaşması üzrə texniki tapşırığı hazırlanmasında iştirak edir.

-Avtomatlaşdırılmış biznes proseslərin məlumat bazalarına əlavələri dəyişikliklərin idarə olunması prosesinə uyğun olaraq tətbiq edir.

-Şirkətdə İT layihələrin həyata keçirilməsində iştirak edir.

-Şirkətin texniki əməliyyatlar şöbəsindən daxil olan və ya eskalasiya olunan sorğuları cavablandırır.

-İnformasiya sisteminin hesabatlarında düzəlişlər edir və yeni hesabatların yaradılmasını həyata keçirir.

-ERP-nin texniki tapşırıqlara uyğun dəyişdirilməsi, təkmilləşdirilməsini yerinə yetirir.

-ERP (Micro, Tiger və digər) sistemlərın dəstəklənməsini həyata keçirir.

-ERP sistemlərin istismar və əməliyyat təlimatlarını hazırlayır.

-Prosedura uyğun olaraq ERP sistemlərə daxilolma hüquqlarının verilməsi, dəyişdirilməsi və ləğvini həyata keçirir.

-Avtomatlaşdırılmış biznes proseslərin dayanıqlı və təhlükəsiz işləməsinə nəzarət edir.

-Şirkətdə müvafiq biznes proseslərin dayanıqlığının testləşdirilməsində və bərpasında iştirak edir.

-Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür.

 Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “ERP Admin” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]