Azerconnect əlaqə mərkəzi üzrə təmsilçisi axtarır

Digər


İşəgötürən: Azerconnect

Vakansiya: Əlaqə mərkəzi üzrə təmsilçisi

Son tarix: 01 oktyabr 2022

Vakansiya haqqında:

Əlaqə mərkəzi üzrə təmsilçisi olaraq siz daxil olan zənglərə cavab verməli, müştəriləri lazımi qaydada məlumatlandırmalı və bütün müştəri sorğularını üzrə yüksək keyfiyyətli xidmət göstərməlisiniz.

-İdarə: Müştəri Xidmətləri və Rəqəmsal Xidmətlər İdarəsi

-İş qrafiki: Növbəli

-Müqavilə müddəti: Daimi

Əlaqə mərkəzi üzrə təmsilçisi olaraq sizin vəzifə öhdəlikləriniz:

-Müvafiq proqramlara əsaslanaraq müştərilərin suallarını cavablandırmaq;

-Müştərilərin müraciətlərinə/sorğularına əsasən müvafiq proqramların vasitəsi ilə gərəkən qeydiyyatı aparmaq;

-Müştərilərlə nəzakətlə və təmkinlə davranmaq;

-Əlaqənin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək;

-Təlimatlara riayət edərək keyfiyyət nəticələrini saxlamaq və təkmilləşdirilmək.

Vəzifənin tələbləri:

-Ali və ya peşə təhsili;

-Problem həll etmə bacarığı;

-Təzyiq altında işləmə bacarığı;

-Ünsiyyət qurma bacarığı;

-Çevik;

-Ms. Office proqramlarını bilmək;

-Azərbaycan və Rus dillərini – sərbəst şəkildə bilmək.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]