Azerbaijan SuperMarket insan resursları üzrə köməkçi axtarır
İşəgötürən: Azerbaijan SuperMarket
Vakansiya: İnsan Resursları üzrə Köməkçi
Son tarix: 17 iyul 2022
Şöbə: İnsan Resursları əməliyyatları və İşə qəbul şöbəsi
Yerləşmə: Baş Ofis.
Vəzifə öhdəlikləri:
-Gündəlik insan resursları şöbəsi ilə əlaqədar işlərin yerinə yetirilməsi;
-Kadr qəbulu və əmək münasibətlərinin sona yetməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi;
-Müqavilələrin və müqaviləyə əlavələrin hazırlanması;
-Sənədləşdirmə işlərinin icrası;
-Məktubların hazırlanması;
-İşçi ərizələrinin qəbulu və yönəldilməsi.
Namizədə dair tələblər:
-Ali təhsil;
-Güclü ünsiyyət və təqdimat bacarığı;
-İngilis dili üzrə biliklər üstünlük hesab edilir;
-Tənqidi düşüncə və təhlil bacarıqları;
-Bir neçə prioritet məsələləri birlikdə idarə etmə bacarığı;
-Problemlərin həllində yaradıcı yanaşma bacarığı;
-Sərbəst Microsoft Office istifadəçisi.
Maraqlanan namizədlər [email protected] email ünvanına “İR üzrə Köməkçi” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 ay, 1 həftə, 1 gün, 6 saat, 53 dəq
- 3 ay, 6 gün, 8 saat, 46 dəq
- 6 ay, 1 həftə, 4 gün, 3 saat, 31 dəq
-
6 ay, 3 həftə, 1 gün, 23 saat, 2 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 6 gün, 7 saat