1C inzibatçısı tələb olunur

Digər


İşəgötürən – ATS Feed

Əsas vəzifə və öhdəliklər:

Şirkətin əməkdaşlarının proqram təminatına sürətli və fasiləsiz şəkildə qoşulması

Bölmələr arası proqram üzərində məlumat gizliliyinin təşkil olunmas

Qiymət dəyişikliklərinin, limitlərin və endirim faizlərinin düzgün və zamanında proqram təminatına tanıdılması

Əməkdaşların proqram təminatından effektiv istifadə edilməsinə köməklik göstərməsi

İşdən çıxan əməkdaşın program təminatına olan giriş icazələrinin ləğv olunması

Yeni işə qəbul olunan əməkdaşa vəzifəsinə uyğun olaraq proqram təminatında işləmək üçün təlimat vermək

İstifadəçi adlarının verilməsi

Əlavə icazələrin verilməsi

Hesabat , çap formaları və ekranlarda düzəliş edilməsi və ya yeni bir istəklə bağlı müraciət

Yeni proqram və kommunikasiya xidmətlərini təhlil etmək və onların nəticəsi barədə təkliflər vermək

İnformasiya təhlükəsizliyinin qorunmasının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görmək

1С ERP proqram təminatının istifadəçi təminatı və dəstəklənməsi

İstifadəçilərin 1C-də yaranan problemlərini həll etmək və onları təlimləndirmək

1C bazasının işinin təhlili və optimallaşdırılması

Verilənlər bazasının avtomatlaşdırılmış informasiyasının bütövlüyü, etibarlılığı və təhlükəsizlyinə nəzarət etmək

1C bazasının idarə edilməsi (yenilənmə, rezerv nüsxə yaradılması, istifadəçi hesabı yaradılması və iş vaxtı verilən məsələləri həll etmək, hesabatlılıq və s.)

Rəhbərlik tərəfindən tələb olunan digər işlərin icra olunması

Vəzifə səriştələri:

ERP proqramları üzrə biliklər

Komandada işləmə bacarığı

Nəticə yönümlülük

Çeviklik

Məsuliyyətlilik və sahiblənmə

Keyfiyyətlilik və effektivlik

Mühasibatlıq biliyi

Vəzifədən gözləntilər:

Kvalifikasiyalar: SQL bazası ilə işləmə bacarığı

Təhsil səviyyəsi: Ali

Dil bilikləri: Azərbaycan dili (əla), rus-dili (əla)

Kompyuter bilikləri: Word (orta) Excel (orta) ERP-i (əla)

İş təcrübəsi: 1-3 il

İş şəraiti:

İş qrafiki: 5 günlük

Əmək haqqı:Razılaşma yolu ilə

Maraqlananlar öz CV formalarını    [email protected]   e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “1C inzibatçısı” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]