166 Yükdaşıma və Logistika marketinq üzrə mütəxəssis axtarır

İşəgötürən: 166 Yükdaşıma və Logistika
Vakansiya: Marketinq üzrə mütəxəssis
Son tarix: 28 noyabr 2022
Öhdəliklər:
-Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil etmək;
-Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edilməsi;
-Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;
-Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
-Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
-Reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
-Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
-Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
-Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair təkliflərin irəli sürülməsi;
-Marketinq planının və layihələrinin məhsuldarlığının idarə edilməsi.
Tələblər:
-Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya magistr təhsilinin olması;
-Marketinq üzrə mütəxəssis vəzifəsində minimum 1 il iş təcrübəsinin olması;
-Marketinq və bazar araşdırmaları haqqında biliyə malik olması;
-Yüksək səviyyədə kompüter bilikləri;
-Rus və ingilis dillərini bilməsi üstünlükdür;
-Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
-Rəqəmsal marketinq sahəsində təcrübəyə malik olmaq üstünlükdür;
-Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərar vermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır.
İş şərtləri:
-5 günlük iş qrafiki.
-Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir.
Müraciət:
Namizədlər mövzu hissəsinə “Marketinq üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına CV formalarını göndərərək müraciət edə bilərlər.
Vakansiyalar
- 2 gün, 7 saat, 30 dəq
- 2 gün, 7 saat, 33 dəq
- 3 gün, 48 dəq
- 3 gün, 1 saat, 30 dəq
- 3 gün, 1 saat, 32 dəq