Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis tələb olunur
İşəgötürən – Ziraat Bank Azərbaycan
Vəzifəyə olan tələblər:
Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat, tətbiqi riyaziyyat və digər analitik ixtisaslar üzrə ali təhsil;
Yüksək səviyyədə MS Excel SQL bilikləri;
Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
Türk və ingilis dili bilikləri arzuolunandır;
Bank sahəsində ən azı 2 illik iş təcrübəsi;
Beynəlxalq sertifikatlar arzuolunandır.
Əsas vəzifələr:
Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak;
Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
Bankın baş ofisi və filiallarında həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və təkliflərin verilməsində iştirak;
Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində iştirak;
Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi;
Yeni məhsul və xidmətlərin risk qiymətləndirilməsində iştirak;
Stress-testlərin həyata keçirilməsi;
Risk limitlərinin müəyyənləşdirilməsində iştirakı, riayyət olunmasına nəzarətin həyata keçirilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər 30.09.2023-cü il tarixinə qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat riskləri” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vakansiyalar
-
3 saat, 47 dəq
NetEnt онлайн‑казино: как казахстанские игроки могут выиграть в стиле
- 5 saat, 22 dəq
- 6 saat, 33 dəq
- 6 saat, 42 dəq
- 7 saat, 1 dəq