Əmək haqqı üzrə mühasib axtarılır
İşəgötürən – Azerbaijan Poultry Company
Vakansiya haqqında məlumat:
Təqdim olunmuş tabel əsasında işçilərə əmək haqqlarının hesablanması və ödənilməsini təmin edilməsi;
Ezamiyyə, məzuniyyət, son haqq hesab və s.kimi əmək haqqına bərabər tutulan ödənişlərin hesablanması və ödənilməsinin təmin edilməsi;
Yeni işçilərə əmək haqqı bank kartlarının sifariş olunması;
DSMF tərəfindən ödənilən uşağın anadan olmasına, uşağa qulluq edilməsinə, əmək qabiliyətinin müvəqqəti itirilməsinə görə və s. kimi müavinətlərin müvafiq sənədlərinin hazırlanıb elektron hökümət portalı vasitəsilə təqdim olunması;
Əmək haqqı ilə bağlı hesablamaların 1C proqramına işlənilməsi;
Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;
Rəhbərlik tərəfindən tələb olunan digər işlərin icra olunması.
Tələblər:
Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
Mühasibatlıq və maliyyə üzrə ən azı 1 il iş təcrübəsi;
Maliyyə, mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi və beynəlxalq standartları üzrə məlumatlılıq;
Azərbaycan dilində səlis danışıq və yazı; (rus və ingilis dillərini bilməsi üstünlükdür)
MS Office və 1C ERP proqramlarının sərbəst istifadəsi;
Komanda işləmək bacarığı;
Çeviklik və uyğunlaşma bacarığı;
Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı.
İş şəraitinin şərtləri:
İş qrafiki : 09:00-18:00;
İstirahət günü: Həftədə 2 dəfə (Şənbə və Bazar günü)
Ə/h müsahibə əsasında təyin olunur.
Müraciət üçün son tarix: 10.09.2023
CV-nizi başlıqda ” Əmək haqqı üzrə mühasib ” qeyd etməklə [email protected] adresinə göndərməyiniz xahiş olunur.
Vakansiyalar
-
6 saat, 17 dəq
Roulette Deutschland Willkommensbonus: Alles, was Sie wissen müssen
- 6 saat, 17 dəq
-
6 saat, 34 dəq
Ruleta móvil para Android España: ¡Disfruta del juego en cualquier lugar!
-
20 saat, 30 dəq
Roulette Free Online: The Ultimate Overview to Playing and Winning
-
20 saat, 31 dəq
Immediate Play No Down Payment Benefit Gambling Enterprises: A Guide for Players